Mobil versiya
2023-cü ilin oktyabr ayından bəri İsrailə 120.000 ton hərbi texnika daşınıb
Tarix: 19-11-2025 | Saat: 21:26
Bölmə:Özəl | çapa göndər

2023-cü ilin oktyabr ayından bəri İsrailə 120.000 ton hərbi texnika daşınıb

Hərbi materialların hansı ölkələrdən İsrailə daşındığı bildirilməsə də, İsrail Müdafiə Nazirliyinin, ABŞ və Berlin Missiyalarının daşınma əməliyyatlarında iştirak etdiyi qeyd edilib.
2023-cü ilin oktyabr ayından bəri Qəzza, Livan, İran, Suriya və Yəmənə hücumlar edən İsrailə 120.000 tondan çox hərbi texnika, sursat, silah sistemləri və qoruyucu vasitələr ümumilikdə 1000 təyyarə və təxminən 150 gəmi vasitəsilə daşınıb.

İsrail Müdafiə Nazirliyi 2023-cü ilin oktyabr ayında başlanan hərbi texnika və silahların hərtərəfli hava daşınmasının bir hissəsi olan 1000-ci təyyarənin bu gün İsrailə eniş etdiyini açıqlayıb.
Xəbər verildiyi kimi, çoxlu sayda hərbi texnika daşıyan təyyarə hava limanında İsrail Müdafiə Nazirliyinin direktoru general Əmir Baram tərəfindən qarşılanıb.

İsrail Müdafiə Nazirliyi və İsrail ordusu tərəfindən 2023-cü ilin oktyabr ayından bəri aparılan qitələrarası logistika hava daşımaları çərçivəsində bu günə qədər 1000 təyyarə və təxminən 150 dəniz gəmisi vasitəsilə İsrailə 120.000 tondan çox hərbi texnika, sursat, silah sistemləri və qoruyucu vasitələrin daşındığı bildirilib.

İsrailə qabaqcıl sursat, silah, zirehli texnika, tibbi avadanlıq, rabitə sistemləri və fərdi qoruyucu vasitələrin alınıb daşındığı bildirilən bəyanatda hərbi texnikanın daşındığı ölkələr göstərilməyib. Qeyd edilib ki, əməliyyatda iştirak edən bölmələr arasında Müdafiə Nazirliyi, ABŞ və Berlin Missiyaları da var.

2023-cü ilin oktyabr ayından bəri İsrail əsasən Qəzza zolağını, eləcə də Livan, Yəmən, İran və Suriyanı hədəf alan intensiv hava hücumları həyata keçirib.

İsrailin Qəzza zolağına iki illik hücumu zamanı demək olar ki, bütün bölgə dağıdılıb və təxminən 70.000 fələstinli həyatını itirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025