Mobil versiya
Gələn il təqaüd alanların sayı 121 min nəfərə çatacaq
Tarix: 19-11-2025 | Saat: 11:59
Bölmə:Parlament | çapa göndər

Gələn il təqaüd alanların sayı 121 min nəfərə çatacaq

“2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaqdır”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaqdır:

"Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2025