Mobil versiya
Bilecikdə dəhşətli qətl: Əvvəlcə arvadını, sonra isə özünü güllələdi
Tarix: 18-11-2025 | Saat: 22:44
Bölmə:Özəl | çapa göndər

Bilecikdə dəhşətli qətl: Əvvəlcə arvadını, sonra isə özünü güllələdi

Bilecik'in Söğüt rayonunda 33 yaşlı həyat yoldaşını silahla öldürən 43 yaşlı kişi eyni silahla intihar edib.
Rayondakı TOKİ yaşayış məntəqələrində yaşayan və boşanma prosesində olduğu bildirilən cütlük Halil İbrahim Karlıdağ (43) və Büşra Karlıdağ (33) naməlum səbəbdən evlərində mübahisə etməyə başlayıblar.

Mübahisə qızışdıqca Halil İbrahim Karlıdağ yanında olan silahla həyat yoldaşı Büşra Karlıdağı vurub. Daha sonra Karlıdağ eyni silahla özünü də vurub.

Silah səslərini eşidən polis və təcili yardım işçiləri hadisə yerinə göndərilib. Onlar cütlüyün öldüyünü müəyyən ediblər.

Prokurorun müayinəsindən sonra Karlıdağlı cütlüyün cəsədləri yarılma üçün təcili yardımla Söğüt Dövlət Xəstəxanasının morquna aparılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025