Pistorius Baltik dənizini "qarşıdurma bölgəsi" adlandırıb
Tarix: 18-11-2025 | Saat: 21:48
Bölmə:Özəl | çapa göndər

Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Baltik dənizi regionu getdikcə Qərb və Rusiya arasında qarşıdurma meydanına çevrilir.O, bu fikri çərşənbə axşamı günü açılan 24-cü Berlin Təhlükəsizlik Konfransında bildirib.
Nazir bildirib ki, "Uzun müddətdir Avropa ölkələri arasında körpü hesab edilən Baltik dənizi getdikcə qarşıdurma bölgəsinə çevrilir".
O, bunun məsuliyyətini Rusiyanın üzərinə qoymağa çalışaraq, bunun Avropa ölkələrinin çəkindirmə və cavab vermə qabiliyyətlərini sınadığını iddia edib.
Konfrans çərçivəsində Almaniyanın müdafiə naziri və isveçli həmkarı Pol Conson iki ölkə arasında genişləndirilmiş hərbi əməkdaşlığı nəzərdə tutan müqavilə imzalayıblar.
15 noyabrda "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibədə Pistorius Rusiya ilə NATO arasında müharibənin 2029-cu ildən əvvəl başlaya biləcəyini iddia edib. O, əlavə edib ki, alyansın nüvə çəkindirmə də daxil olmaqla "əhəmiyyətli çəkindirmə potensialı var".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova onun sözlərini şərh edərkən bildirib ki, "indi təcavüzkarın kim olduğuna şübhə yoxdur".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər