Mobil versiya
AJet-in İstanbul-Beyrut reysləri dekabrın 2-dən başlayır
Tarix: 18-11-2025 | Saat: 21:17
Bölmə:Özəl | çapa göndər

AJet-in İstanbul-Beyrut reysləri dekabrın 2-dən başlayır

Beynəlxalq uçuş şəbəkəsini genişləndirən Türkiyənin ən gənc aviaşirkəti olan AJet, İstanbuldan Beyruta birbaşa uçuşların 2 dekabrda başlayacağını açıqladı.
Şirkətin açıqlamasına görə, 2 dekabr 2025-ci il tarixində Sabiha Gökçen Hava Limanından Beyrut Rafiq Həriri Beynəlxalq Hava Limanına ilk uçuş üçün biletlər 79 dollardan başlayan qiymətlərlə satışa çıxarılıb.
Açıqlamada şərhləri yer alan AJet-in baş direktoru Kerem Sarp şirkətin uçuş şəbəkəsini genişləndirməyə davam etdiyini vurğulayaraq dedi: "Ankara və Adanadan sonra Yaxın Şərqin tarixi və mədəni cəhətdən əhəmiyyətli şəhərlərindən biri olan Beyruta bu dəfə İstanbuldan birbaşa uçuşlar həyata keçiririk. AJet olaraq qlobal uçuş şəbəkəmizi genişləndirməyə, Türkiyəni dünyaya bağlayan yeni marşrutlar açmağa və hər uçuşla ölkəmizin brend dəyərinə töhfə verməyə davam etmək əzmindəyik."

Xüsusi təqdimat olaraq 79 dollardan başlayan biletləri AJet.com, AJet Mobile çağrı mərkəzi və səlahiyyətli agentliklərdən əldə etmək mümkündür.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2025