Mobil versiya
Metroda qorxulu anlar - Giriş-çıxış bağlandı
Tarix: 14-11-2025 | Saat: 10:04
Bölmə:Manşet / Ölkə | çapa göndər

Metroda qorxulu anlar -

Metronun “Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.

aia.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.

Saat 10:00-da stansiyanın giriş-çıxışının istifadəyə veriləcəyi bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2025