Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası kecirilib Yenilənib-Foto
Tarix: 13-11-2025 | Saat: 18:18
Bölmə:Gündəm / Parlament | çapa göndər

Noyabrın 13-də keçirilmiş Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
İclası açan Milli Məclis sədrinin müavini Musa Qasımlı növbəti ilin büdcə layihəsinin müzakirəsinin Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin həyata keçirildiyi, keçmiş məcburi köçkünlərin müasir yaşayış məntəqələrinə qaytarıldığı, həmin yerlərdə mədəniyyətimizin, elmimizin, təhsilimizin yenidən bərpa edildiyi, Vaşinqtonda sülh sazişi layihəsinin paraflandığı bir şəraitdə keçirildiyini və bütün bunların ölkəmizin 2025-ci ildə uğurlu yol keçdiyinin göstəricisi olduğunu vurğulayıb. O, bugünkü müzakirələrin, eyni zamanda, dövlət suverenliyimizin bərpa edilməsinin 5 illiyi, Konstitusiyamızın qəbul olunmasının 30 illiyi kimi əlamətdar hadisələrə təsadüf etdiyini söyləyib.
Vitse-spiker bildirib ki, büdcə layihəsində vergi gəlirlərinin və qeyri-neft sektoru üzrə gəlirlərin payının artmasının proqnozlaşdırılması neftdən asılılığın getdikcə azalmasına, kənd təsərrüfatının, turizmin, sahibkarlığın inkişafına, yeni texnologiyaların tətbiqinə müsbət təsir göstərəcək. O, qeyd edib ki, Azərbaycanın öz gücü hesabına öz ərazilərini işğaldan azad etməsi, heç bir yardım olmadan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında apardığı irimiqyaslı quruculuq işləri ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizdə qurulmuş maliyyə-iqtisadi siyasətinin düzgün həyata keçirildiyinin bariz nümunəsidir. Habelə növbəti ilin dövlət büdcəsindən maliyyə yardımı almayan rayonların sayının artmasını müsbət dəyərləndirib.
Musa Qasımlı büdcə layihəsində təhsilə ayrılan xərclərin artırılmasının ölkəmizdə təhsil sisteminin daha da təkmilləşdirilməsinə, müasir səviyyədə qurulmasına, bu sahədə davamlı islahatların həyata keçirilməsinə xidmət edəcəyini söyləyib. O, nəzərə çatdırıb ki, layihədə Prezident İlham Əliyevin təhsilin hamı üçün əlçatan olmasına yönəlmiş siyasəti öz əksini tapıb. Belə ki, gələn il dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayının 1150 min 102 nəfərə, təqaüd alanların sayının 121 min 280 nəfərə çatdırılması bu sahəyə olan dövlət qayğısının daha bir nümunəsidir. Vitse-spiker dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti ilə proqnozlaşdırılan vəsaitin 41 milyon 800 milyon manatının 18 min 500 nəfərə ayrılmasını vətəndaşlara olan dövlət qayğısı kimi səciyyələndirib
O, 2026-ci ilin dövlət büdcəsinin layihəsində, həmçinin kənd təsərrüfatına ayrılan xərclərin artırıldığını, həmin vəsaitin bu sahənin inkişafına, torpağa qayıdışa, ərzaq təhlükəsizliyinin daha etibarlı qorunmasına yönəldiləcəyini bildirib. Bununla yanaşı, dövlət siyasətində başlıca yerlərdən birinin ailəyə, qadınlara və uşaqlara olan diqqət və qayğının tutduğunu deyərək, büdcə layihəsində bu istiqamətdə də lazımi maliyyə təminatının yaradıldığını qeyd edib. 2026-cı ildə də ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf edəcəyini vurğulayıb.
Sonra iclasda maliyyə nazirinin müavini Himalay Məmişov çıxış edib. O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, növbəti il üçün büdcə layihəsinin hazırlanması zamanı iqtisadiyyatın inkişafı, əhalinin sosial təminatının gücləndirilməsi, ölkəmizin müdafiə qabiliyyətinin artırılması, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi və digər tədbirlər üçün maliyyə təminatının formalaşdırılması büdcə siyasətinin əsas istiqamətlərini təşkil edir.
Diqqətə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsinin xərcləri 41,7 milyard manat həcmində proqnozlaşdırılıb. Bu, cari illə müqayisədə 296,0 milyon manat və ya 0,7 faiz, ötən illə müqayisədə isə 4,0 milyard manat və ya 10,6 faiz çoxdur. Xərclərin 25,2 milyard manatı və ya 60,3 faizi cari xərclərə, 14,1 milyard manatı və ya 33,8 faizi əsaslı xərclərə, 2,5 milyard manatı və ya 5,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Cari xərclərin 88,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Cari xərclərin əsas hissəsi sosialyönlü xərclərin payına düşür. Belə ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq.
Bildirilib ki, 2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur. Bu cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1,4 milyard manat və ya 35,2 faiz artıb. Növbəti ildə ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard manat, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199,7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1,1 milyard manat vəsait nəzərdə tutulur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait proqnozlaşdırılır.
Qeyd olunub ki, 2026-cı ildə ailə, qadın və uşaq məsələləri üzrə xərclərin qarşılanması üçün 11.3 milyon manat məbləğində vəsait nəzərdə tutulur. Bu vəsaitin 7,4 milyon manatı məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstəklə bağlı tədbirlər üçündür.
Bununla yanaşı, diqqətə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı xərclərinə 1,2 milyard manat məbləğində vəsait proqnozlaşdırılır. Həmin xərclərin 42,0 faizi və yaxud 513,0 milyon manatı ərzaq təhlükəsizliyi tədbirlərinin, o cümlədən fermerlərə subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların və suvarma sistemlərinin satış qiymətinə güzəştlərin tətbiq edilməsi və sair xərclər üçün nəzərdə tutulur.
Nazir müavini dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə göstəriciləri ilə bağlı məlumatında gələn il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 38,6 milyard manatının büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatının isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacağını söyləyib. Bildirilib ki, dövlət büdcəsi gəlirlərinin 22,2 milyard manatı və ya 57,5 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 16,4 milyard manat proqnozlaşdırılır. Qeyd olunub ki, 2026-cı il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard olmaqla, ümumi daxili məhsulun 2,3 faizinə bərabərdir.
Məlumata əsasən, gələn il üçün icmal büdcənin gəlirləri 45,0 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat məbləğində nəzərdə tutulur.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib. O, bildirib ki, rəy 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin və layihə ilə birlikdə təqdim olunan sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlir və xərcləri, habelə büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyəyə nəzarət orqanının mövqeyini ifadə edir. Qeyd olunub ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğunun təmin olunması dövlət büdcəsinin gəlir və xərclərinin düzgün uçotunun aparılması istiqamətində Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş əksər məsələlər büdcə zərfində nəzərə alınıb. Palata tərəfindən aparılan təhlillərə əsasən, “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun tərtib olunub. Növbəti ilin baza ssenarisində olan proqnozlarda ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən iqtisadiyyatda real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə nəzərdə tutulur.
Nəzərə çatdırılıb ki, dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmuş izahata əsasən, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası 2026-cı ilin dövlət büdcəsi layihəsində diqqət mərkəzində saxlanılıb. Büdcə zərfində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün maliyyə təminatının yaradılmasının ortamüddətli büdcə dövrü üçün öz aktuallığını qoruduğu qeyd olunur.
Vüqar Gülməmmədov bildirib ki, növbəti ildə dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı nəzərdə tutulur. Dövlət büdcəsi gəlirlərin tərkibində əhəmiyyətli struktur dəyişiklikilərinin baş verməsi şəraitində proqnozlaşdırılır. 2026-cı ildə Dövlət Vergi Xidməti və Gömrük Komitəsinin xətti ilə proqnozlaşdırılan gəlirlərin reallaşmasında ciddi risklər yaranmayacaq. O, qeyd edib ki, dövlət büdcəsinin xərcləri ölkənin 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı kimi strateji məqamları əhatə edir.
Diqqətə çatdırılıb ki, Maliyyə Nazirliyinin 2026-2029-cu illər üzrə ortamüddətli xərclər çərçivəsi sənədinə əsasən 2026-cı il üçün təhsil sektorunda 10 proqramın, sosial müdafiə, sosial təminat sektorunda 9 proqramın, kənd təsərrüfatı sahəsində 8 proqramın, ətraf mühitin mühafizəsinə dair 5 proqramın həyata keçirilməsi üçün 11,2 milyard manat nəzərdə tutulub.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli vurğulayıb ki, qeyri-neft-qaz sektorunun şaxələndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, fiskal idarəetmənin optimallaşdırılması və digər tədbirlər nəticəsində ölkə iqtisadiyyatı yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Həyata keçirilən inkişaf strategiyası Azərbaycanın ərazi bütövlüyünün bərpası, beynəlxalq nüfuzunun artırılması, ölkənin sosial-iqtisadi potensialının gücləndirilməsi və rifahın yüksəldilməsini təmin edib. Azərbaycan iqtisadi mövqeyinin yüksəlməsi qeyri-neft-qaz sektorunun şaxələnməsi ilə bağlıdır. Bu isə öz növbəsində bilik və bacarıq tutumlu, yüksək əlavə dəyər yaradan sahələrin inkişafı, iqtisadiyyatın mürəkkəbliyinin artması üçün möhkəm baza yaradır.
Qeyd edilib ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, güzəştlər, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər görülür.
Nazir müavini son 10 ildə elmin inkişafına ayrılan dövlət vəsaitinin iki dəfə artdığını, 2026-cı ilin büdcəsində təhsil xərcləri üçün 5 milyard manatdan artıq vəsaitin nəzərdə tutulduğunu deyib.
Bununla yanaşı, o, ərzaq təhlükəsizliyinin təmin olunması, bu sahədə idxalı əvəz edən və ixracyönümlü məhsul istehsalının artırılmasının da əsas prioritetlərdən olduğunu, 2025-ci ilin 9 ayında qeyri-neft-qaz ixracının 29%-i ilkin kənd təsərrüfatı məhsulları, 11%-i kənd təsərrüfatı emalı məhsullarının təşkil etdiyini, 2026-cı il dövlət büdcəsi zərfi üzrə kənd təsərrüfatı xərclərinin 1,2 milyard manat proqnozlaşdırıldığını söyləyib. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin təxminən yarısı kənd təsərrüfatı məhsullarının istehsalı sektoruna, digər yarısı isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib, bunun 76%-i regionların payına düşür.
Eyni zamanda bildirilib ki, 2025-ci ilin 10 ayı ərzində Fond tərəfindən sahibkar qadınların 498 investisiya layihəsinə 27.9 milyon manat güzəştli kredit verilib, 367 yeni iş yerinin açılması imkanı yaranıb. Həmçinin, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin və iqtisadiyyatın müxtəlif sahələrində layihələrinin reallaşdırılmasına da şərait yaradılıb. Bunun nəticəsində cari ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub.
Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək bildirib ki, son illər Azərbaycanın kənd təsərrüfatı sahəsinin tənzimlənməsi istiqamətində institusional dəyişiklər aparılıb, dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb. Sektor üzrə icra göstəricilərinin dinamikasını nəzərə çatdıran nazir deyib ki, həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatında istehsalın dayanıqlı artımı təmin olunub. O, qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsi üçün 547,8 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsaitdən 483,2 milyon manatı Aqrar Kredit və İnkişaf Agentliyinin, 55,5 milyon manatı Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı tədbirlərə, 9,1 milyon manatı isə nazirlik tərəfindən həyata keçirilən tədbirlərə sərf olunacaq. Diqqətə çatdırılıb ki, 2026-cı ilin dövlət büdcəsində Balıqçılıq və Akvakultura Mərkəzi və tabeliyindəki qurumların fəaliyyətinin təmin edilməsi üçün ilk dəfə olaraq 4,4 milyon manat nəzərdə tutulub.
Məcnun Məmmədov aqrar sahədə son illər tətbiq olunan yeni subsidiya mexanizmlərindən söz açıb. Bildirilib ki, 2026-cı ildə əkin subsidiyasının ödənilməsi ilə bağlı 290 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin büdcə göstəriciləri ilə müqayisədə 2% az, 2024-cü ilin faktiki xərcləri ilə müqayisədə isə 5,8% çoxdur. Gələn ildə məhsul subsidiyasının ödənilməsi üçün 66 milyon manat vəsait proqnozlaşdırılıb.
Nazir, habelə heyvandarlığın inkişafı istiqamətində təşəbbüslərin dəstəklənməsi tədbirlərindən söz açıb. O, qeyd edib ki, gələn ildə ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün 17,3 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 6,8% çoxdur. Bununla yanaşı, süni mayalama ilə alınan hər sağlam buzova görə istehsalçılara 100 manat subsidiya ödənilir. Bu məqsədilə 2026-cı ildə də cari ilin səviyyəsində - 10,3 milyon manat vəsait nəzərdə tutulub.
Dövlət tərəfindən həyata keçilən tədbirlər hesabına aqrar sahənin texnika və avadanlıqlarla təminatında əhəmiyyətli addımlar atıldığını qeyd edən nazir deyib ki, gələn ilin büdcə layihəsində texnikalara, texnoloji avadanlıqlara və suvarma sistemlərinə tətbiq olunan güzəştlərin ödənilməsi üçün 90 milyon manat vəsaitin nəzərdə tutulub. O vurğulayıb ki, Azərbaycanda gələn il baytarlıq xidmətinin təşkili, vaksinlərin və baytarlıq ləvazimatlarının alınması üçün 41,9 milyon manat ayrılması nəzərdə tutulub. Bildirilib ki, bitki mühafizəsi və aqrokimya xidmətlərinə ayrılan vəsait də artırılıb. 2026-cı ildə zərərvericilərlə mübarizə tədbirləri üçün 5,4 milyon manat, aqrokimyəvi analizlər və toxum nəzarəti üçün isə 8,2 milyon manat vəsait nəzərdə tutulur. O, sonda vurğulayıb ki, büdcədən kənd təsərrüfatının inkişafına ayrılmış vəsaitlər aqrar sahənin dayanıqlı inkişafına və fermerlərin rifahının yüksəlməsinə öz töhfəsini verəcək.
Sonra elm və təhsil naziri Emin Əmrullayev 2026-cı ilin dövlət büdcəsində elm və təhsil sahələrinə ayrılan vəsaitlər, həyata keçirilən islahatlar, görülən işlər və qarşıdakı hədəflər barədə məlumat verib. Nazir bildirib ki, 2026-cı ilin dövlət büdcəsində Təhsil bölməsi üzrə 5 milyard 15 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, ötən illə müqayisədə 48,5 milyon manat artım deməkdir. Son beş il ərzində təhsil sektoruna ayrılan dövlət vəsaiti 1,6 dəfə artıb. Artımlar əsasən müəllim və təhsil işçilərinin sosial rifahının yüksəldilməsi və əməkhaqqı xərclərinin maliyyələşdirilməsinə yönəldilib. Vurğulanıb ki, təhsilə ayrılan vəsaitin ilbəil artım dinamikası ölkə başçısının təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, eləcə də dövlət siyasətində insan kapitalının formalaşdırılmasının prioritet istiqamət kimi müəyyən edilməsinin məntiqi nəticəsidir. Elm köməkçi bölməsi üzrə 2026-cı ildə 229 milyon manat vəsait nəzərdə tutulur. Vəsaitin 87,9 milyon manatı Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisə və təşkilatlara yönəldiləcək, onun da 78,1 faizini əməyin ödənişi xərcləri təşkil edir.
Nazir bildirib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində məktəbəqədər təhsil üçün 468,2 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bundan başqa alternativ maliyyələşmə modelləri əsasında məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının 30 min nəfərə çatdırılması planlaşdırılır. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 8 milyon manat çox olmaqla, 27,2 milyon manat vəsait nəzərdə tutulub. 2026-cı ilin büdcə layihəsində məktəbəhazırlıq qruplarının açılması və fəaliyyəti üzrə 37,3 milyon manat vəsait, ümumi təhsil üzrə 2,4 milyard manat vəsait nəzərdə tutulub.
Sertifikasiya prosesindən bəhs edən nazir növbəti ildə əlavə 25 mindən çox müəllimin bu prosesə cəlb olunması üçün dövlət büdcəsində 58,4 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əmək haqqı əlavələri üçün təxminən 213 milyon manat vəsait proqnozlaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, növbəti ilin dövlət büdcəsində “STEAM Azərbaycan” layihəsi üçün 5,7 milyon manat, peşə təmayüllü siniflər layihəsi üçün 8 milyon manat, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təchiz olunması üçün 35 milyon manat vəsait proqnozlaşdırılıb.
Peşə təhsili üzrə 2026-cı ilin büdcə layihəsində 105,5 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 23,3 milyon manat və ya 29 % artım deməkdir. Nazirin sözlərinə görə, 2023-cü ildən etibarən peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşına maliyyələşməyə keçidi başlanıb. Hazırda bu mexanizm 9 müəssisədə tətbiq olunur və 8400 tələbəni əhatə edir. 2026-cı ildə bu sayın 12 min nəfərə çatdırılması planlaşdırılır ki, bu məqsədlə büdcədə əlavə 6 milyon manat olmaqla, ümumilikdə 30,7 milyon manat vəsait proqnozlaşdırılıb.
Emin Əmrullayev ali təhsilə ayrılan vəsaitləri diqqətə çatdırarkən bildirib ki, ali təhsil üzrə 2026-cı ilin büdcə layihəsində 828,5 milyon manat vəsait nəzərdə tutulub. Bu isə 2025-ci illə müqayisədə 10,6% artım deməkdir. Nazir vurğulayıb ki, 2026-cı ilin büdcə layihəsində nəzərdə tutulan tədbirlər ölkədə təhsilin keyfiyyətinin artırılmasına, rəqəmsallaşmanın dərinləşdirilməsinə, bərabər təhsil imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında ölkədə ailə və gender siyasətinin inkişafı, eləcə məişət zorakılığı ilə mübarizə və boşanmalardan sonra yaranan sosial problemlərin azaldılması istiqamətində görülən işlərdən danışıb. O, qadın və uşaq hüquqlarının, ailə dəyərlərinin qorunmasının vacibliyini, yerli idarəetmə orqanlarının ailə və sosial rifah məsələlərində rolunun artırılmasının önəmini vurğulayıb.
İclasda çıxış edən parlamentin komitə sədrləri 2026-cı ilin dövlət büdcəsinin əsas göstəricilərini yüksək qiymətləndiriblər, müxtəlif məsələlər barədə fikirlərini bölüşüblər, bir sıra qeyd və təkliflərini səsləndiriblər.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev aqrar sektorun inkişafının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, işsizliyin azaldılmasına və kənd əhalisinin rifahının yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib. O, qeyd edib ki, bu sahədə tətbiq olunan vergi güzəştləri, ayrılan subsidiyalar və dövlət maliyyə dəstəyi uğurlu nəticələr verir.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti ilin dövlət büdcəsi layihəsinin sosialyönümlü olduğunu deyib və bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Komitə sədri ölkəmizdə qadın sahibkarlığının inkişafına yüksək dəstək verildiyini qeyd edərək, gələcəkdə həmin istiqamətdə büdcədən ayrılan vəsaitin artırılmasının bu sahənin daha da genişlənməsinə xidmət edəcəyini söyləyib.
Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, gələn il təhsil xərcləri ümumi büdcə xərclərinin 12 faizini təşkil edəcək. O, vurğulayıb ki, sertifikasiya proqramında uğur qazanmış pedaqoqların diferensial əməkhaqqı sisteminə cəlb olunması məqsədilə 2026-cı il büdcə layihəsində 232 milyon manat vəsait nəzərdə tutulub. Komitə sədri, həmçinin təhsil tələbə krediti mexanizminin tətbiqinin, kənd məktəblərinə müəllimlərin təyinatının və məktəblərin təmirinə xüsusi diqqətin ayrılmasının təhsil sisteminə öz müsbət təsirini göstərəcəyini qeyd edib.
Müzakirələrdə Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, Aqrar siyasət komitəsi sədrinin müavini Razi Nurullayev, deputatlar Aydın Hüseynov, Mehriban Vəliyeva, Elnarə Akimova, Vasif Qafarov, Ceyhun Məmmədov, Şahin Seyidzadə və Elçin Mirzəbəyli çıxış ediblər, öz fikirlərini və bəzi qeydlərini bildiriblər.
Elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və maliyyə nazirinin müavini Himalay Məmişov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər, sualları cavablandırıblar.
İclasda gündəlikdəki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Azər Badamov, Samir Vəliyev, Vüqar İskəndərov, Novruzəli Aslanov, Cavanşir Paşazadə, Malik Həsənov, Günay Ağamalı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Sevinc Hüseynova, Səbinə Xasayeva, Pərvin Kərimzadə, Əziz Ələkbərov, Sevinc Fətəliyeva, Afət Həsənova, aidiyyəti dövlət qurumlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər