Mobil versiya
`Elcanın vəziyyəti yaxşıdır, sabah evə buraxılacaq` - Baş həkim
Tarix: 24-02-2017, 10:23 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

`Elcanın vəziyyəti yaxşıdır, sabah evə buraxılacaq` - Baş həkim

Lerikin Orand kəndində 4 nəfərin ölümü ilə nəticələnən qar uçqunundan sağ çıxmış azyaşlı Elcanın vəziyyəti normaldır.

Bu barədə AzVision.az-a Lerik Rayon mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib . O bildirib ki, uşağın daxili orqanları və sinir sistemində hər hansı patologiya aşkarlanmayıb.

“Uşaq gecəni rahat şəkildə keçirib. Yüngül gematoması var idi. O da sovrulub gedib. Atası evə aparmaq istəyirdi, qoymadım. Yəqin ki, sabah Elcanı evə buraxacağıq”.

Qeyd edək ki, dünən Lerik rayonun Orand kəndinin bələdiyyə sədrinin atası Əhliman Mustafayevin evinin üzərinə qar yığıntısının uçması nəticəsində həyat yoldaşı 1961-ci il təvəllüdlü Mustafayeva Şövkət Mirzəməmməd qızı, gəlini, 1995-ci il təvəllüdlü Mustafayeva İlahə Vüqar qızı, nəvəsi, 2015-ci il təvəllüdlü Mustafayeva Zəhra Qasım qızı və digər nəvəsi, 2016-cı ildə anadan olmuş Mustafayev Uğur Qasım oğlu vəfat edib. Evdə bələdiyyə sədri Hamil Mustafayevin həyat yoldaşı, uşaqları və anası olub. Qardaşı və onun yoldaşı evdə olmadığından Elcanı onların yanında qoyublar.

AİA.az



5356 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930