Mobil versiya
"Partiyalara ayrılan vəsaitin bölgüsündə dəyişikliyə ehtiyac var" - Komitə sədri
Tarix: 12-11-2025 | Saat: 12:45
Bölmə:Parlament | çapa göndər

"Partiyalara ayrılan vəsaitin bölgüsündə dəyişikliyə ehtiyac var" -

"Həm parlamentdə təmsil olunan, həm də seçkilərdə etibarlı səslər qazanaraq Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara bu il 6 milyon manat vəsait ayrılıb. Bu, dövlətin indiki imkanları ilə uyğun gələn vəsaitdir. Bunun bölgüsü məsələsində müəyyən dəyişikliyə ehtiyac var".

aia.az xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

"Çünki bir partiyanın çoxluğu təşkil etməsi təbiidir və buna görə də partiyanın daha çox vəsait ayrılması nəzərdə tutulur. Amma digər partiyaların inkişafı üçün verilən vəsait məqsədəuyğun şəkildə istifadə olunursa, onların da inkişafına öz köməyini göstərəcək", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-12-2025