Mobil versiya
Çexiyada zavodda partlayışlar - Xəsarət alanlar var
Tarix: 23-02-2017 | Saat: 19:34
Bölmə:Cəmiyyət | çapa göndər

Çexiyada zavodda partlayışlar - Xəsarət alanlar var

Çexiyanın şərqində zavodların birində partlayış baş verib.

AİA.Az xəbər verir ki, Trend-in məlumatına görə, partlayış nəticəsində azı 18 nəfərin xəsarət aldığı bildirilir.

Polisin verdiyi məlumata görə, ilk partlayış yerli vaxtla saat 11:00-da Poliçka şəhəri yaxınlığında yerləşən zavodun sexlərindən birində baş verib.

Daha sonra ardıcıl olaraq yenə partlayış səsləri eşidildiyi barədə məlumat var. Hazırda ərazidə xilasedicilər işləsələr də, partlayış yerinə yaxın düşə bilmirlər. Partlayışın səbəbləri məlum deyil.

Regional Xilasetmə Xidmətinin rəhbəri Pavel Svobodanın yerli KİV-ə verdiyi məlumata görə, 3 nəfər xilasedici də xəsarət alıb.

Sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024