9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
Tarix: 07-11-2025 | Saat: 11:16
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan xalqının tarixində qürurla qeyd olunan günlərdən biri 9 Noyabr – Dövlət Bayrağı Günüdür. Bu gün Azərbaycan dövlətçiliyinin, milli kimliyimizin və müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ucaldıldığı, xalqımızın milli ruhunun, azadlıq iradəsinin və suverenliyinin təcəssümüdür.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il 9 noyabr tarixində hökumətin qərarı ilə üçrəngli, ay-ulduzlu bayraq dövlət bayrağı kimi qəbul edildi. Bu qərar təkcə bir simvolun yaradılması deyildi, o, xalqın azadlıq, milli oyanış və müstəqillik arzularının parlaq təcəssümü idi. Bayrağımızın rəngləri – göy, qırmızı və yaşıl – xalqımızın keçmişini, bu gününü və gələcəyini əks etdirir.
Göy rəng – türklüyümüzü,
Qırmızı – müasirliyi, demokratiyanı, inkişafı,
Yaşıl rəng isə – islam mədəniyyətinə mənsubiyyətimizi ifadə edir.
Ay və səkkizguşəli ulduz isə Azərbaycan xalqının milli və mənəvi dəyərlərinin birliyini, bütövlüyünü simvollaşdırır.
Sovet işğalı illərində bu bayraq uzun illər dalğalanmasa da, xalqımızın yaddaşından heç zaman silinmədi. Nəhayət, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə üçrəngli bayrağımız yenidən ucaldıldı. Bu addım Azərbaycan dövlət müstəqilliyinin bərpasına gedən yolun mühüm mərhələsi oldu.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq bütün Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edildi və 9 noyabr tarixi rəsmi olaraq Dövlət Bayrağı Günü elan edildi.
Bu gün üçrəngli bayrağımız Azərbaycanda, işğaldan azad edilmiş torpaqlarımızda, beynəlxalq tədbirlərdə, idman arenalarında qürurla dalğalanır. O, hər bir azərbaycanlının qəlbində milli qürur, vətənpərvərlik və birlik hissi yaradır.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan əsgəri bu bayrağı Şuşada, Xankəndidə, Zəngilanda, Laçında dalğalandıraraq xalqımızın tarixi qürurunu bir daha dünyaya göstərdi.
Bu gün 9 Noyabr – Dövlət Bayrağı Günü təkcə bir bayram deyil, həm də xalqımızın azadlıq ruhunun, dövlətçilik iradəsinin və milli birliyinin təntənəsidir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatı.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər