Mobil versiya
Qarabağda müharibə təhlükəsi
Tarix: 26-09-2015 | Saat: 18:07
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Ermənistan Müdafiə Nazirliyi bəyanat verdi.

Düşməni susdurmaq, onun hərəkətlərinin qarşısını almaq və bununla da danışıqlar prosesinə dəstək göstərmək üçün Ermənistanın Silahlı Qüvvələri bundan sonra Azərbaycan qoşunlarının bölmələrinin dislokasiya yerləri, ordununun, hərbi texnika və canlı qüvvənin bütün hərəkətlərini daim nişan altında saxlayaraq, artilleriya və raketlərin məhvi üçün adekvat tədbirlər görəcək.

Aia.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, Azərbaycan MN-nin məlumatına görə, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.

Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.

Onlardan 10 nəfəri ağır vəziyyətdədir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə