Mobil versiya
Kafedə tanışının başına bakal vurdu - Saxlanıldı
Tarix: 05-11-2025 | Saat: 13:50
Bölmə:Ölkə | çapa göndər

Kafedə tanışının başına bakal vurdu -

Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi qeydə alınıb. Polisə müraciət edən zərərçəkmiş aralarında yaranmış mübahisə zamanı tanışı Vasif adlı şəxsin bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026