Mobil versiya
Metro saat 01:00-a qədər işləyəcək
Tarix: 05-11-2025 | Saat: 09:50
Bölmə:Karusel / Ölkə | çapa göndər

Metro saat 01:00-a qədər işləyəcək

"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

aia.az xəbər verir ki, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə