Mobil versiya
Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ
Tarix: 04-11-2025 | Saat: 12:46
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda vəzifəli şəxs

Azərbaycanda vəzifəli şəxs vəfat edib.

aia.az bakupost.az-a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.

Mərhumun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026