Mobil versiya
Kəlbəcər, Laçın, Qubadlıya qar yağır - FAKTİKİ HAVA
Tarix: 04-11-2025 | Saat: 11:06
Bölmə:Ölkə | çapa göndər

Kəlbəcər, Laçın, Qubadlıya qar yağır -

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir.

Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026