Mobil versiya
`Uçqun altında qalan uşağın vəziyyəti ağırdır` - Səhiyyə Nazirliyi
Tarix: 23-02-2017 | Saat: 15:04
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

`Uçqun altında qalan uşağın vəziyyəti ağırdır` - Səhiyyə Nazirliyi

Lerikin Orand kəndində baş verən qar uçqununda sağ çıxmış azyaşlı uşağa yardım etmək üçün iki təcili yardım briqadası ayrılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilb.

Bildirilib ki, hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir: “İlkin məlumata görə, 4 nəfər uçqunun altında qalaraq dünyasını dəyişib. Sadəcə bir azyaşlı uşağı xilas etmək mümkün olub. Uşağın vəziyyəti ağırdır. Qonşu kənddən gələn həkim ona ilkin tibbi yardım göstərib. 10 dəqiqəyə təcili yardım briqadası hadisə yerinə çatacaq”.

Qeyd edək ki, bu gün Lerik rayonunun Orand kəndində qar uçqunu olub. Qar yığını kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə düşüb. Hadisə nəticəsində ev sahibi Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 2 azyaşlı nəvəsi ölüb. Bir azyaşlı isə xəsarət alıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024