Mobil versiya
20 Yanvar dairəsindəki yeniliklə bağlı açıqlama
Tarix: 04-11-2025 | Saat: 10:45
Bölmə:Ölkə | çapa göndər

20 Yanvar dairəsindəki yeniliklə bağlı açıqlama

“20 Yanvar” dairəsində təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etmək məqsədilə Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 - “sarı tor” nişanlanma xətləri təşkil edilib.

Bu barədə aia.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat (AYNA) verilib.

Bildirilib ki, “Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbininə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya sarı tor nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.

"Bu məqsədlə “sarı tor” çəkilir. “Sarı tor” yolun hərəkət hissələrinin kəsişmə yerini göstərir.
Beləliklə, “sarı kəsişmə torları” yol kəsişməsində nəqliyyatın tıxanmasının qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır", - deyə qurumdan məlumat verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026