Mobil versiya
Gədəbəyin icra başçısının sabiq müavininin cinayət işinə xitam verildi
Tarix: 31-10-2025 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

Gədəbəyin icra başçısının sabiq müavininin cinayət işinə xitam verildi

Dələduzluqda ittiham olunan Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işinin məhkəmə prosesi başa çatıb.

"Unikal" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar və hökm elan edilib.

İş üzrə dəymiş zərər tam ödənildiyindən Vəfa Allahverdiyevaya 62-ci maddə tətbiq edilməklə onun barəsindəki cinayət işinə xitam verilib.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən Təranə Bağırova isə 5 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən xanımlar Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyev adlı şəxsi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri təyin ediləcəyi vədi ilə aldadaraq 51 min manat pulunu almaqda təqsirləndiriliblər.

Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin barəsində isə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Vəfa Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləməklə yanaşı, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2025