Mobil versiya
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə tədbiri
Tarix: 26-09-2015 | Saat: 14:19
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər




Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi Rusiya Müftiləri Şurası və “İhlas” Xeyriyyə Fondu birlikdə müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirib

Heydər Əliyev Fondunun nümayəndələri Rusiya Müftilər Şurasının sosial-xeyriyyə və dini-maarifləndirmə departamentinin və “İhlas” Fondunun təmsilçiləri ilə birlikdə aztəminatlı ailələrə, o cümlədən azərbaycanlı ailələrə, habelə imkansız insanlara qurban əti paylayıblar.

Qurban sovqatı alanlar diqqət və qayğıya görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, humanizm və mərhəmət aktı, yaxınlara qayğı kimi qəbul edilən bu xeyriyyə aksiyası yüksək mənəvi ideallara ən gözəl örnəkdir və bizim mənəvi əlaqələrimizi möhkəmləndirir.(azvision.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə