Mobil versiya
Nişanda qan töküldü - Yeni qohumlar dalaşdılar
Tarix: 21-02-2017 | Saat: 19:13
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Nişanda qan töküldü - Yeni qohumlar dalaşdılar

Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.

AİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhərindəki restoranların birində baş verib.

Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlü Zülfüqarov Məharət Gülağa oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Bəhdəmirov Aqşin Bəhram oğlu tərəfindən döyülüb.

Küt alətlə başından ağır xəsarət alaraq yerə yıxılan M.Zülfüqarov komaya düşüb və təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən şəxsin nişan mərasimi olan qızın dayısı oğlu olduğu bildirilir. A.Bəhdəmirov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024