Mobil versiya
Qubadakı "Maajid" hoteldən şikayət: "İstirahətimiz zülm oldu"
Tarix: 13-10-2025 | Saat: 12:00
Bölmə:Ölkə / Karusel | çapa göndər

Qubadakı "Maajid" hoteldən şikayət:

Quba rayonunun Küsnətqazma kəndində yerləşən "Maajid" hotelindən şikayət edilib.

"Unikal"ın məlumatına görə, hoteldəki vəziyyətlə bağlı şikayət edən vətəndaş vurğulayıb ki, şikayətilə bağlı hotelin menecerinə də bildirib:

"Təsəvvür edin, ailəvi hotelə getmişik. Yanımıza 10 nəfər kişi əyləşdiriblər. Bizim milli dəyərlərimiz var. Bir sözlə, "Maajid" hotel ailəvi gediləsi yer deyil.

Yeməyi yarıda qoyub getdik. Otaq çox soyuq idi. Kondisioner var idi, amma pultunu tapa bilmədik. Hotel əməkdaşlarından soruşduqda bizə dedilər ki, kondisionerin pultu məhdud saydadır.

Bu və digər şikayətlərimizlə bağlı hotelin menecerinə məlumat verdik, amma əhəmiyyət vermədi. Bir sözlə, istirahətimiz bizə zülm oldu. Bu da "Maajid" hotelin xidməti...", - deyə o bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-10-2025