Mobil versiya
Ermənilər daha bir Azərbaycan xalq mahnısını özününküləşdirdilər – VİDEO
Tarix: 24-06-2015 | Saat: 14:27
Bölmə:Gündəm / Dünya / Manşet / Karusel | çapa göndər


“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm”.

Dəfələrlə Azərbaycanın maddi-mədəni irsinə aid nümunələri öz adına çıxarmaqla məşğul olan ermənilər bu dəfə məşhur xalq mahnımız, dillər əzbəri olan “Ay qız kimin qızısan?” mahnısını özününküləşdirib.

Aia.az Oxu.Az xəbər verir ki, bu günlərdə erməni telekanallarından birində yayımlanan verilişdə bu mahnı erməni mahnısı kimi təqdim edilib.

Özünü professor kimi təqdim edən veriliş aparıcılarından biri isə tamaşaçılara mahnıdakı “dilim-dilim” sözünün qədim erməni sözü olduğunu elan edib.

Bu barədə Facebook-dakı şəxsi profilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni araşdırma mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi bildirib.

İsmayıl Tanrıverdinin bildirdiyinə görə, mahnının sözləri isə aşağıdakı kimi təqdim olunub:

“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm, dam yarın - verim yarıma, dilim-dilim -- dilim-dilim”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə