Məclisin deputatı Asif Əsgərov şəhidlərin məzarını ziyarət etdi -Fotolar
Tarix: 09-10-2025 | Saat: 14:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

44 günlük şanlı tariximiz olan Vətən müharibəsi xalqımızın birliyinin, Ordumuzun qəhrəmanlığının və Ali Baş Komandanımızın qətiyyətinin təntənəsidir. Bu möhtəşəm Qələbədə Azərbaycanın hər bölgəsindən, o cümlədən Zaqatala rayonundan olan igid oğullarımız da fəal iştirak edib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda ediblər.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Zaqatala rayonunun igid oğulları – Aşağı Tala kəndindən Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov, Qımır kəndindən Musa Nuhiyev və Yeni Suvagil kəndindən Fəqan Məmmədovun şəhadətə yüksəlmələrinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhidlərin ildönümü ilə bağlı keçirilən tədbirlərdə Milli Məclisin deputatı Asif Əsgərov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Seyidov, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Onlar şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Mərasimlərdə Vətən müharibəsi və 2023-cü ilin sentyabr hadisələrində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyəti xatırlanıb, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu böyük qürur hissi ilə yad edilib. Millət vəkili Anım tədbirləri çərçivəsində vətəndaşların müraciətlərini dinləyib, həlli mümkün məsələləri yerindəcə həll edib, səlahiyyətlərinə aid olmayan müraciətləri isə aidiyyəti qurumlara yönləndirərək nəzarətə götürüb. Tədbirdə məktəblilərin Vətənə və şəhidlərə həsr etdikləri şeirlər səslənib, ailələr göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-10-2025
14:23 Sumqayıtda çayxana yandı