Mobil versiya
"Azərsilah"ın zavodunda bədbəxt hadisə - İşçi xəsarət aldı
Tarix: 23-09-2025 | Saat: 09:54
Bölmə:Karusel / Ölkə | çapa göndər

"Azərsilah"ın zavodunda bədbəxt hadisə -

“Azərsilah”ın Şirvanda yerləşən zavodunda istehsalat prosesi zamanı bir əməkdaş xəsarət alıb.

Bu barədə aia.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün səhər saatlarında Nazirliyin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.

Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb.

Qeyd edilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2025