Mobil versiya
Sumqayıtda silahlı insident - Qazi saxlanıldı
Tarix: 21-08-2025 | Saat: 10:11
Bölmə:Karusel / Ölkə | çapa göndər

Sumqayıtda silahlı insident -

Avqustun 19-da Sumqayıt şəhəri ərazisində silahlı insidentlə müşayiət olunan və ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən xuliqanlıq hadisəsin baş verməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, hadisə zamanı Abşeron rayon sakini 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı Sumqayıt şəhər sakini 43 yaşlı Mahir Məmmədovu döyüb. Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb və silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək onun maşından düşməsini tələb edib.

M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan 1 ədəd hadisəni törədən zamanı istifadə etdiyi tüfəng aşkar olunaraq götürülüb. İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da əlavə araşdırma aparılır.

İnsidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2025