Mobil versiya
İcra başçısı müavininin bacısı və ailəsi qatar altında qaldı
Tarix: 16-02-2017, 13:06 | Saat: 15:47:00
Bölmə:Hadisə / Karusel | çapa göndər

İcra başçısı müavininin bacısı və ailəsi qatar altında qaldı





Saatlı rayonunun Sarıcallar kəndində avtomaşının qatarla toqquşması nəticəsində baş vermiş qəza barədə virtualaz.org saytının Şirvan bürosu təfərrüatlar əldə edib.

Belə ki, tənzimlənməyən dəmir yolu keçidində qatarın vurduğu VAZ-2106 markalı avtomaşının sürücüsü Sabirabad rayonunun Qalaqayın kəndinin baytar həkimi 1957-ci ildə anadan olmuş Ağayev Güloğlan Abı oğlu olub.

Hadisə nəticəsində Güloğlan Ağayev, həyat yoldaşı və 15 yaşlı qızı dünyalarını dəyişiblər.

Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.

Lent.az xəbər verir ki, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü "VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və onların qızı, 1998-ci il təvəllüdlü Lamiyə Ağayeva həlak olub.


aia.az



5500 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30