Lənkəranda yanğın törədən şəxs saxlanılıb
Tarix: 11-08-2025 | Saat: 11:38
Bölmə:Ölkə | çapa göndər

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində avqustun 5-də yanğın hadisəsi törədən şəxs müəyyən olunub.
Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb. E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2025