Mobil versiya
Milli Məclisin deputatı Asif Əsgərov vətəndaşlarla görüşdü -Fotolar
Tarix: 08-08-2025 | Saat: 13:43
Bölmə:Manşet / Ölkə / Parlament | çapa göndər

Milli Məclisin deputatı Asif Əsgərov vətəndaşlarla görüşdü

Milli Məclisin deputatı Asif Əsgərov Vətən Müharibəsi Qəhrəmanı şəhid Valeh Bədəlovun ailəsində olub. Görüş zamanı igid şəhidimizin əziz xatirəsi ehtiramla yad edilib, onun döyüş yolu və qəhrəmanlığı barədə xatirələr bölüşülüb.
Şəhid atasının müraciəti əsasında Aşağı Tala kəndi ərazisində yerləşən və şəhid ailəsinə gedən 1 kilometr uzunluğundakı yolun təmiri məsələsi gündəmə gətirilib. Artıq bu məsələ aidiyyəti qurumlarla razılaşdırılıb və müvafiq addımların atılması planlaşdırılır.

Daha sonra millət vəkili Asif Əsgərov Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatında vətəndaşların qəbulunu keçirib. Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar müxtəlif sahələrdə mövcud olan problemlərdən söz açıblar. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərləri isə aidiyyəti qurumlara yönləndirilməklə nəzarətə götürülüb.
Qəbuldan sonra daxil olmuş müraciətlərə əsasən aztəminatlı ailələrə yardım göstərilib.

Sonda şəhid ailəsi və vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2025