Cəlilabadda yük avtomobili aşıb: ölən və yaralılar var - YENİLƏNİB
Tarix: 01-08-2025 | Saat: 10:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Cəlilabadda yol qəzasında bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aia.az-a cənub bürosuna bildirilib ki, avqustun 1-də saat 7 radələrində N.Abbasov idarə etdiyi "QAZ 53" markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.
***
09:00
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
aia.az Report-a istinadən xəbər verir ki, hadisə Əsədli kəndində qeydə alınıb.
Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-08-2025