Mobil versiya
DİN: Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb
Tarix: 15-02-2017 | Saat: 11:46
Bölmə:Cəmiyyət | çapa göndər

DİN: Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb

Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə AİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, Son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə DİN rəhbərliyinin müvafiq göstərişi əsasında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə dəmir yolu nəqliyyatı ilə ölkəmizə gələn xarici turistlərin və yerli vətəndaşların vağzal ərazisində sərbəst hərəkətinə maneçilik törədərək qanunsuz valyuta alqı-satqısı ilə məşğul olan Bakı şəhər sakinləri – Sərdar Musayev, İsmayıl Teyyubov, Əmiraslan Əliyev, Otay Fətəliyev və Xəlil İmanov saxlanılıblar. Həmin şəxslərdən qanunsuz fəaliyyətlərini sübut edən müxtəlif ölkələrin milli valyutaları maddi sübut kimi götürülüb.

Qeyd edilən şəxslər barəsində Baş İdarədə müvafiq araşdırmalar davam etdirilir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024