Ana Sayfa > Ölkə > Mərkəzi Bank "Bakı Kart"ın vəzifəli şəxsini cərimələyib
Mərkəzi Bank "Bakı Kart"ın vəzifəli şəxsini cərimələyibDünən, 16:39. Yazar: azer |
![]() Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Kart"ın operatoru - "K Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxsini cərimə edib. Bu barədə tənzimləyici quruma istinadən xəbər verir. Məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. "Buna görə də “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub", - məlumatda vurğulanıb Geri dön |