Mobil versiya
Türkiyə yaxınlığında güclü zəlzələ - Ölən və yaralanan var
Tarix: 03-06-2025 | Saat: 09:01
Bölmə:Dünya | çapa göndər

Türkiyə yaxınlığında güclü zəlzələ -

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

aia.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət Türkiyənin İzmir, Muğla, Denizli, Manisa və Aydın vilayətlərində insanlar arasında panikaya səbəb olub.

Ölkənin daxili işlər naziri Ali Yerlikayanın məlumatına görə, hadisə nəticəsində 14 yaşlı oğlan həyatını itirib, 69 nəfər isə yaralanıb.

Onların əksəriyyəti zəlzələ zamanı yaşayış yerlərini tərk edərkən və eyvandan atlayarkən baş verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025