Ana Sayfa > Parlament > MDB iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının videokonfrans formatında iclası keçirilib
MDB iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının videokonfrans formatında iclası keçirilib30-05-2025, 14:56. Yazar: azer |
![]() Mayın 30-da Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının (MDB GPA) videokonfrans formatında 24-cü iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə MDB GPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib. O, “Gənclərin sosial problemlərinin həlli - MDB-nin iştirakçısı olan dövlətlərin təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verib. Onlayn iclasda, həmçinin “MDB-yə üzv dövlətlərdə gənclərin iştirakı ilə nəqliyyat infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi”, “2025-ci ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə əsas layihələri”, “IX Sankt-Peterburq Beynəlxalq Gənclər Əmək Forumunun nəticələri” və digər mövzular üzrə məruzələr dinlənilib. Geri dön |