Mobil versiya
Məktəblərlə bağlı yeni təklif
Tarix: 10-02-2017 | Saat: 12:56
Bölmə:Təhsil | çapa göndər

Məktəblərlə bağlı yeni təklif








Azərbaycanda orta məktəblərdə mütəmadi stomatoloji baxışların keçirilməsi təklif olunur.

Bu təkliflə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov Trend-ə bildirib ki, uşaqların sağlam böyüməsi üçün stomatoloji müayinələrin keçirilməsi vacibdir:

"Əvvəllər xüsusi stomatoloji avtobuslar var idi. O avtobuslar məktəblərin həyətində uşaqların dişlərini, ağız boşluğunu yoxlayardı. İndi də bu yoxlamaların aparılması vacib məsələdir, çünki ağız boşluğunda olan infeksiyalar sonradan diş xəstəliklərinin, revmatizmin, ürək qüsurunun əmələ gəlməsi riskini xeyli artırır. Ona görə də biz səbəbə qarşı mübarizə aparmalıyıq, sonradan nəticələrin ağırlaşmasına daha çox vəsait xərcləyirik. Ağız boşluğunda infeksiyaların vaxtında aşkar edilərək aradan qaldırılması vacibdir və bu, profilaktikanın ən önəmli sahələrindən biridir".

İ.Məmmədov bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavə və dəyişikliklər edilməsini təklif etmək niyyətində olduğunu bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə