Əməkdar artisti ölümlə HƏDƏLƏDİLƏR
Tarix: 09-02-2017 | Saat: 22:39
Bölmə:Dünya | çapa göndər
Teatrda çalışsa da, daha çox "Vicdan haqqı" serialı ilə şöhrət qazanıb. Özü də mənfi obrazı ilə. Bu obraza görə onu təhqir edənlər, hətta ölümlə hədəyənlər də olub, evlənmək arzusu iə alışıb yananlar da.
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynovu deyirəm - "Ürəyim qurban" deyib şirin dilinə salıb aləmi bir-birinə vuran İmranı...
Aktyorun Milli.Az-a müsahibəsini təqdim edirik.
- Çalışdığınız teatrda müxtəlif səpkili rollar yaratmısınız, amma etiraf edin ki, "Vicdan haqqı" serialından sonra məşhurlaşdınız...
- Bu, danılmaz faktdır. Buna görə rejissor Rövşən İsaxa minnətdaram. Məni kinoya o gətirib, ilk dəfə onun ekranlaşdırdığı "Aktrisa" filminə çəkilmişəm. Onun əliylə tanınmaq mənim üçün böyük fəxrdir. Bəli, bu serial mənə böyük şöhrət qazandırdı. Bu mənada özümü bəxti gətirən aktyor sayıram.
- Hesab edirəm ki, bu serial təbii oyun və danışıq tərzi ilə stereotipləri də qırdı. Sizin bir sözünüz var e, "ürəyim qurban", adama ləzzət edir...
- Rövşən İsaxın uğurudur ki, təbii danışığa üstünlük verdi, bu da serialın tamaşaçı tərəfindən sevilməsinə və qəbul olunmasına gətirib çıxardı.
- Amma oynadığınız İmran obrazı mənfi olduğu qədər də maraqlıdır... Tamaşaçı necə qarşıladı obrazınızı?
- Fərqli. Maraqlıdır ki, mənfi olmasına baxmayaraq İran həm də sevilən personaj oldu. Bir dəfə yolda bir yaşlı qadın mənə yaxınlaşdı ki, nəvəm hər gün sizi yamsılayır. Deyir ki, nənə "şkaladı sənə bir-bir verəcəm". Mən serialda katibəmə belə deyirəm axı. Amma bununla belə qarğış edən, söyənlər də az deyil. Hətta bir nəfər oğlan avtobusda mənə qarğış edirmiş ki, İmranı Həzrət Abbasa tapşırmışam, bəs Allah onun bəlasını niyə vermir. Çox olub belə şeylər. Hətta hədələyənlər də olub ki, gəlib səni bıçaqlayaram.
- Bəs sizin reaksiyanız necə olur elələrinə qarşı?
- Başa salmağa çalışıram ki, ay insanlar, bu serialdır. Təsəvvür edin, bir nəfər müdir mənə yazmışdı ki, a kişi, evimdə hər gün arvadla qırğındayam. Arvad deyir ki, katibəni dəyiş, əvəzinə kişi götür. Mənim serialda katibəmə girişməyim onun ailəsində dava-şavaya gətirib çıxarmışdı.
- Bəs reallıqda necə, İmranla oxşarlığınız varmı?
- Tamam fərqli insanlarıq. Sadəcə olaraq, həyatda mən də mimikayla danışmağı xoşlayıram, o da. Bu baxımdan oxşarlığımız var. Bu mimikalar da tamaşaçıya ləzzət edir. Həyatda duyğusal, ürəyiyumşaq, mərhəmətli bir insanam. Çox kövrəyəm hansısa kinoda bir epizod, səslənən bir musiqi, kiminsə dərdi məni ağlada bilər. Bu mənada ağlağan insanam. Bəlkə bu peşəmdən də irəli gəlir, tez hissə qapıla bilirik.
- Maraqlıdır, xanım pərəstişkarlarınız sosial şəbəkədə sizə nələr yazır?
- Hələ indiyə qədər bu qədər qadın diqqəti ilə qarşılaşmamışdım. Bu serialdan sonra həddən artıq sevgi etirafları olur. Mən inanıram ki, onların duyğuları səmimidir. 20 yaşından 50 yaşına qədər xanımlar mənə sevgi etirafları edir.
- Hər yaşda, hər gözəllikdə, daha deyin bəxtiniz açılıb ki...
- Sosial şəbəkədə o qədər dostluq göndərirlər. Bir dəfə Rusiyadan gözəl bir qız mənə yazdı ki, sənin kimi həyat yoldaşımın olmasını arzulamışam. Mən ona başa saldım ki, bizim böyük yaş fərqimiz var.
- Neçə yaşınız var ki?
- 50-yə yaxın.
- Əşşi rəhmətlik İlhamə Quliyeva demişkən yaşın nə fərqi var ki... Sevgidə yaş senzi sizin üçün önəmlidir?
- Yox. Mən gənclik illərimdən indiyə qədər həmişə sevmişəm. İki-üç ildən bir vurulmuşam, əzab çəkmişəm, cavabsız sevgilər yaşamışam. Sevgi Allahdan gələn hissdir. Bəzən buna xəstəlik də deyirlər, insan yoluxur. İnsan o zaman özünə məxsus olmur, sevdiyinə aid olur. Sevəndə ağıl dayanır, ürək işləyir. Özüm də bunun zülmünü çəkmişəm. İndi gənc qızlar bunun əzabını çəkəndə pis oluram. Bir qız da mənə dəlicəsinə vurulub, hər gün yazır. Deyir elçiləri geri qaytarıram, sizə görə. Əslində, onlar mənim oynadığım obraza vurulublar. Başa sala bilmirəm ki, nə vaxtsa bu duyğuları unudacaqlar.
- Ola bilərmi o xanımlardan hansıylasa gələcəkdə evləndiniz?
- Bəlkə də... Amma planımda elə bir şey yoxdur. Məni sevənlərin içində sevilməyə layiq elə xanımlar var ki, deyirəm kaş o qız vaxtında qabağıma çıxaydı.
- Siz bir dəfə evli olub, boşanmısınız, özü də məşhur bir xanımla... Sirr deyilsə, ailənizin dağılmasına səbəb nə oldu?
- Gəncə Dövlət Teatrının baş rejissoru İradə Gözəlova ilə evlənmişdim, amma alınmadı, ayrıldıq. Amma indi çox gözəl dostluq münasibətlərimiz var. Bu yaxınlarda onun səhnələşdirdiyi bir tamaşada rol da almışam. Sənət dostluğumuz yaxşı alınsa da, həyatda yola gedə bilmədik. Ev qanunları başqa, sənət qanunları başqa.
- Belə başa düşdüm ki, çox kaprizli, həm də sərt insansınız...
- Var kaprizlərim. Bu əşya burada durmalıdırsa, durmalıdır. Söz verilirsə, yerinə yetirilməlidir. Səhnədə tabe olmağı sevirəm, amma həyatda öz qanunlarım var...
- Hansı üç şərt mütləq evlənəcəyiniz qadında olmalıdır?
- Üç yox, elə bir şərt olsa bəs edər.
- Bəlkə deyəsiz?
- Mənim bir şüarım var, qadın kişiyə tabe olmağı bacarmalıdır. Özü də zorla deyil, öz istəyi ilə. Kişilərdə bir instinkt var, kobud da ola bilir. Qadın ona uyğunlaşmalıdır. O, heç vaxt kişiyə öz sözünü yeritməməlidir. Mən qadın sevənəm. Lazım gələndə ev də yığışdıraram, yemək də hazırlayaram, amma qanunlarıma zidd gedilməməlidir.
- Deyirsiniz ki, iki-üç ildən bir vurulmusunuz. Daha deyin Don Juansınız ki...
- Normal kişidə instinktlər var, qadına qarşı meylli olur. Mən qadına meylli olan kişilərdənəm. Amma qadınla dostluq etməyi də bacarıram. Heç bir qara fikirdən söhbət gedə bilməz.
- Sizə xəyanətkar kişi demək olar?
- Mən ailəli olduğum dövrdə bir dəfə də olsun həyat yoldaşıma xəyanət etməmişəm. Amma ayrılandan sonra azad kişiyəm və hansısa xanımla münasibət xəyanət sayılmaz. Əslində, xəyanət cismani şeydir, ehtiras başqa, sevgi başqa. Ehtiras bədənə, sevgi isə ruha bağlı hissdir.
- Qadının xəyanətini bağışlayardınızmı?
- Heç vaxt. Amma elə məqam ola bilər ki, insaniyyət güc gələr və bağışlamaq məcburiyyətində qala bilərəm.
Cəvahir Səlimqızı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər