Mobil versiya
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər
Tarix: 20-05-2025 | Saat: 09:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Rusiya ilə memorandum imzalaya bilər

Ukrayna Rusiya ilə münaqişənin həllinə dair memorandum imzalaya bilər.

aia.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra deyib.

“İkitərəfli formatda müvafiq memorandum ola bilər ki, bu da müharibənin sona çatmasına, hər iki ölkənin dəstəkləməli olduğu və atəşkəsin mövcud olacağı bir razılaşmaya gətirib çıxara bilər”, - Ukrayna lideri brifinq zamanı deyib.

Onun sözlərinə görə, Moskva Ukrayna tərəfinə belə bir memorandum təklif etsə və təqdim edərsə, Kiyev öz baxışını formalaşdıracaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2025