Mobil versiya
Şakir Xanhüseynlinin şeiri
Tarix: 19-05-2025 | Saat: 11:57
Bölmə:Özəl | çapa göndər

ARILAR BAL ÇƏKƏ BİLMİR

Sanasan bir uğursuzluq
çulğayıbdı göyü, yeri.
harda qırılır yolları,
görən, nədi çəkdikləri
arılar bal çəkə bilmir...

Tox fikirdə, ac qayğılı;
iş qayğısı, güc qayğısı...
Yüngülcə beş-üç qayğını,
dağ olur, fil çəkə bilmir,
arılar bal çəkə bilmir.

Barmağını boş yalayır;
gününə bax baltutanın.
Lap daşdan da
çox asanca,
şirə çəkənlər, qurtarın,
arılar bal çəkə bilmir.

Əlmi, ətəkmi kəsili;
bir ayırd et, seç də həmən.
Gözünə dönüm, arıçı,
qardaş, sən nə hal çəkirsən,
arılar bal çəkə bilmir?!

Şakir Xanhüseynlinin şeiri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-05-2025