Ana Sayfa > Özəl > Şakir Xanhüseynlinin şeiri
Şakir Xanhüseynlinin şeiriBu gün, 11:57. Yazar: fuad |
ARILAR BAL ÇƏKƏ BİLMİR Sanasan bir uğursuzluq çulğayıbdı göyü, yeri. harda qırılır yolları, görən, nədi çəkdikləri arılar bal çəkə bilmir... Tox fikirdə, ac qayğılı; iş qayğısı, güc qayğısı... Yüngülcə beş-üç qayğını, dağ olur, fil çəkə bilmir, arılar bal çəkə bilmir. Barmağını boş yalayır; gününə bax baltutanın. Lap daşdan da çox asanca, şirə çəkənlər, qurtarın, arılar bal çəkə bilmir. Əlmi, ətəkmi kəsili; bir ayırd et, seç də həmən. Gözünə dönüm, arıçı, qardaş, sən nə hal çəkirsən, arılar bal çəkə bilmir?! ![]() Geri dön |