Mobil versiya
Xızıda “Prado” aşdı - 4 yaralı + Yenilənib
Tarix: 09-02-2017 | Saat: 12:10
Bölmə:Cəmiyyət | çapa göndər

Xızıda “Prado” aşdı - 4 yaralı + Yenilənib




Xızıda ağır yol qəzası baş verib.

“AİA.AZ” “Report”a istinadən xəbər verir ki, qəza Giləzi-Xızı yolunda qeydə alınıb.

Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

***

Gecə saatlarında Xızı-Xələc yolunda “Toyoto Prado” markalı avtomobilin aşması nəticəsində 4 nəfər yaralanıb.

Yollar buz bağladığına görə avtomobil sürüşərək yoldan çıxıb və nəticədə bir neçə dəfə aşıb.

Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Behtaş Nəbiyevin “Report”a verdiyi məlumata görə, hadisə zamanı maşında 6 nəfər olub, onlardan üçü yüngül xəsarət alıb, daha bir nəfərin isə omba sümüyü qırılıb.

Onun sözlərinə görə, yaralılardan ikisi Xızı MRX-da qalıb, digər iki nəfər Sumqayıt şəhər xəstəxanasına göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə