Mobil versiya
Həbs edilən Respublika başçısının oğurladıqları üzə çıxdı - Video
Tarix: 20-09-2015 | Saat: 18:23
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Həbs edilən Respublika başçısının oğurladıqları üzə çıxdı - Video

Rusiyada respulika başçısı və onun 18 tərəfdarı həbs olunub

Sıktıvkarda Rusiya Federasiyasının Komi Respublikasının başçısı Vyaçeslav Qayzer və regionun bir sıra vəzifəli şəxslərinə qarşı açılan cinayət işi çərçivəsində axtarışlar bu gün də davam etdiriləcək.

Ans press-in məlumatına görə Rusiyada respublia başçısının həbs olunması ilə bağlı Moskvadan Sıktıvkara ölkənin istintaq komitəsinin üzvləri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları göndərilib.

Daha əvvəl Vyaçeslav Qayzerin iş otağında aparılan axtarış zamanı içərisində küllü miqdarda pulların, qiymətli saat kolleksiyasının, bir neçə ofşor şirkətlərin sənədləri, həmçinin “Bombardier Learjet” və “Hawker 800XP” tipli təyyarələrin əldə olunmasına dair sənədlərin olduğu seyf aşkar edilib.

Məlumata görə Komi respublikasının rəhbərinin kabinetində aşkar edilən kolleksiyadakı saatların hər birinin qiyməti təxminən 1 milyon dollar təşkil edir.

Respublika başçısı Vyaçeslav Qayzerdan savayı daha 18 nəfər tutulub. Bunlar arasında rəhbərin müavini Aleksey Çernov, Dövlət şurasınınspikeri İqor Kovzel, Komi hökümətinin sədrinin müavini Konstantin Romadov, regionundan olan sabiq senator Evgeniy Samoylov, İnvestisiya layihələrinin dəstəyi üzrə regional fondun rəhbəri İqor Kudinov, regional administrasiya informasiyasının idarə rəisi Pavel Maruşak, sahibkar Valeri Veselov, Komi rəhbərinin sabiq müşaviri, biznesmen Aleksandr Zarubin, yerli sahibkarlar Fayerşteyn, Libenzon, Motorina və kimliyi açıqlanmayan daha 7 nəfərdir.

Həbs edilən şəxslərə qarşı Rusiya Federasiyasının cinayət məcəlləsinin “mütəşşəkil dəstənin təşkili”, “iri miqyaslı dələduzluq”, “qanunsuz gəlirlərin leqallaşdırılması”, “vəzifə səalhiyyətlərindən sui-istifadə” maddələri üzrə cinayət işi açılıb.

Bundan əvvəl Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsi Komi Respublikasının rəhbəri Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, Aleksey Zarubin və Valeri Veselovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunu zərərsizləşdirib.

İstintaq Komitəsinin yaydığı məlumata görə, mütəşəkkil cinayətkar qrupunun məqsədi cinayət yolu ilə dövlət əmlakının mənimsəməsinə yönəlmiş ağır cinayətlər törətmək olub.

Komi respublikasının rəhbərinin həbs edilməsi haqda ölkə prezidenti Vladimir Putinə məlumat verilib. Hələlik onun yerinə kimi təyin ediləcəyinə dair qərar verilməyim. Komi konstitusiyasına görə regionun başçısının xəstəliyə və ya digər səbəblərə görə vəzifələrini icra edə bilmədiyi təqdirdə onu müavini əvəz etməlidir. Lakin hazırda müavin Aleksey Çernovun da həbs edilməsindən son qərarı Prezident vermılidir, çünkü Komi konstitusiyasında digər hallar nəzərə alınmayıb.

Rusiya Federasiyasının subyekti Komi Respublikası şimal-qərb federal dairəsinə daxildir. 850 mindən çox əhalisi olan Respublika 1921- ci ildə Komi muxtar vilayəti kimi yaranıb. 12 yanvar 1993-cü ildən Respublika statusu alıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə