Mobil versiya
Azərbaycanda nə qədər maşın var?
Tarix: 08-02-2017 | Saat: 11:59
Bölmə:Şou-biznes | çapa göndər

Azərbaycanda nə qədər maşın var?




2016-cı ildə Azərbaycanda avtomobil parkının sayı 1.347.812 təşkil edib. "AİA.AZ" xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, İdarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 10.457 avtomobil ilkin qeydiyyata alınıb, 50.308 ilkin sürücülük vəsiqəsi verilib.

Ötən il ərzində 30 svetofor obyekti quraşdırılıb, 24.236 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024