Mobil versiya
Ukrayna Avropaya kömək etməyə hazır olduğunu bəyan edib
Tarix: 28-04-2025 | Saat: 18:59
Bölmə:Özəl | çapa göndər

Ukrayna Avropaya kömək etməyə hazır olduğunu bəyan edib

Ukrayna enerji şəbəkələrinin istismarı ilə bağlı Avropaya kömək etməyə hazır olduğunu bildirib.

Bu barədə Ukraynanın energetika naziri Herman Qaluşenko X-dəki səhifəsində bildirib.

“Ukrayna Avropadakı tərəfdaşlarımızın və müttəfiqlərimizin enerji şəbəkələrinin stabil fəaliyyətinin bərpasına yardım göstərməyə hazırdır”, - deyə rəsmi yazıb.
O, həmçinin Ukraynaya göstərdikləri dəstəyə görə Avropa İttifaqı (Aİ) ölkələrinə minnətdarlığını bildirib.

Bundan əvvəl “Politico” jurnalı bir sıra Avropa ölkələrində elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat yayıb. İspaniya, Portuqaliya, Fransanın Burqundiya bölgəsi, Andorra, Hollandiya və Belçikada elektrik enerjisi kəsilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025