Mobil versiya
Sabiq deputatlardan kimlər seçkiyə gedir, kimlər getmir?..
Tarix: 19-09-2015 | Saat: 22:58
Bölmə:Siyasət / Karusel | çapa göndər

Sabiq deputatlardan kimlər seçkiyə gedir, kimlər getmir?..

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə növbəti deputat seçkiləri keçiriləcək

Qarşıdakı seçkilərə namizəd qismində qatılanlar arsında sabiq deputatlar da var. Təxminən iki aydan sonra hazırki - Dördüncü Çağırış Milli Məclisin də tərkibi tarixə qovuşacaq.

Aia.az saytı bundan əvvəlki, 2005-2010-cu illərdə fəaliyyət göstərmiş Üçüncü Çağırış Milli Məclisin deputatları olmuş sabiqləri yada salaraq, onlardan kimlərin bu seçkilərə qatıldığıını araşdırıb.

2005-2010-cu illərdə 7 saylı Ordubad - Culfa seçki dairəsini təmsil etmiş yazıçı Əkrəm Əylisli seçkilər haqda düşünmədiyini deyib.

8 saylı Binəqədi birinci seçki dairəsinin eks-deputatı, Müsavat Partiyasının üzvü Arzu Səmədbəyli bu dəfə də həmin dairədən namizədliyini irəli sürüb.

11 saylı Qaradağ seçki dairəsini Üçüncü Çağırış Milli Məclisdə təmsil etmiş Murtuz Ələsgərov dünyasını dəyişib.

15 saylı Yasamal birinci seçki dairəsinin sabiq deputatı Gülər Əhmədova məlum qalmaqaldan sonra siyasi proseslərdən kənarlaşıb və Modern.az-a açıqlamasında seçkilər haqqında fikirləşmədiyini söyləyib.

18 saylı Nərimanov - Nizami seçki dairəsindən deputat olmuş Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli budəfəki seçkiləri boykot edib.

19 saylı Nərimanov birinci seçki dairəsidən mandat qazanmış eks-deputat Əli Əhmədov baş nazirin müavini vəzifəsinə təyin olunduğundan parlament seçkilərinə qatıla bilməyəcək.

25 saylı Nizami ikinci seçki dairəsinin eks-millət vəkili, bəstəkar-iş adamı Hüseyn Abdullayev Almaniyada siyasi sığınacaq alıb, ölkəyə gələ bilmir.

27 saylı Sabunçu ikinci seçki dairəsini Milli Məclisdə təmsil etmiş Fərrux Zeynalov heç bir işlə məşğul olmur, seçkiyə qatılmayacaq.

30 saylı Suraxanı birinci seçki dairəsinin eks-deputatı Anar Məmmədxanov haqq dünyasına qovuşmuş millət vəkillərindəndir.

34 saylı Xətai ikinci seçki dairəsinin sabiq deputatı, eks-müsavatçı Nəsib Nəsibli Xəzər Universitetində dərs deyir, seçkilərə qatılmayacaq.

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsinin parlamentdəki sabiq təmsilçisi Vidadi Məmmədov vəfat edib.

2005-2010-cu illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat olmuş müsavatçı İkram İsrafil bu dəfə doğulduğu Şəki rayonundan namizəd olmaq istəyir.

42 saylı Sumqayıt ikinci seçki dairəsinin sabiq deputatı, YAP-çı Məcid Kərimovun hazırda nə işlə məşğul duğunu dəqiqləşdirə bilmədik. O, həm də “Azərkimya”nın sabiq rəhbəri olub.

122 saylı Xankəndi seçki dairəsinin Milli Məclisdəki sabiq təmsilçisi Həvva Məmmədova hazırda 90-cı illərdə başladığı müəllimlik peşəsini davam etdirir. Belə ki, keçmiş deputat Prezident yanında Dövlət İdarəcilik Akademiyasında dərs deyir, seçkiyə getməyəcək.

78 saylı Lerik - Lənkəran seçki dairəsinin sabiq deputatı Miri Qəmbərov təqaüddədir.

59 saylı Salyan seçki dairəsinin sabiq millət vəkili Əkrəm Abdullayev hazırda “Azəriqazbank”da çalışır. Seçkiyə qatılmayacaq.

43 saylı Sumqayıt ücüncü seçki dairəsinin sabiq deputatı Nizami İgəndərov kommersiya fəaliyyətilə məşğuldur. Onun seçkiyə getməyəcəyi bildirilir.

107 saylı Qazax seçki dairəsinin sabiq deputatı Vaqif Səmədoğlu vəfat edib.

11 saylı Zaqatala - Balakən seçki dairəsinin sabiq deputatı Dünyamin Xəlilov iş adamı kimi fəaliyyət göstərir və seçkiyə qatılmayacaq.

85 saylı Şamaxı seçki dairəsinin sabiq deputatı Maqsud İbrahimbəyov deyib ki, təqaüddədir və seçki barədə düşünmür.

95 saylı Tərtər seçki dairəsinin sabiq deputatı Aynur Quliyeva jurnalist fəaliyyətilə məşğuldur, “Gündəlik Teleqraf” MMC-yə rəhbərlik edir.

81 saylı Beyləqan seçki dairəsinin sabiq deputatı Səfər Məmmədov barəsində hər hansı məlumat əldə edə bilmədik.

121 saylı Laçın seçki dairəsindən keçmiş deputat Sevindik Hətəmov hazırda Yardımlı rayon İcra Hakimiyyətinin başçısıdır, seçkiyə gedə bilməz

70 saylı Masallı şəhər seçki dairəsinin sabiq deputatı Əhəd Abıyev Daşkəsən rayon İcra hakimiyyətinin başçısı olduğundan seçkiyə qatıla bilməyəcək

117 saylı Oğuz-Qəbələ seçki dairəsinin keçmiş təmsilçisi Eyvaz Qurbanov isə Oğuz rayonuna icra başcısı təyin olunub, o da seçkiyə qatıla bilməz.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin keçmiş deputatı Gülhüseyn Əhmədov seçkilərə qatılmayacaq.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin eks-deputatı Aydın Həsənov təqaüddəddir və seçkilər haqda düşünmür.

80 saylı İmişli-Beyləqa seçki dairəsinin sabiq deputatı Əhəd Əhmədov iş adamı kimi fəaliyyət göstərir və onun seçkilərə qatılacağı gözlənilmir.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən keçmiş deputat Lalə Abbasova işsizdir, seçkilərə qatılmayacaq.

56 saylı Xaçmaz kənd seçki dairəsinin eks-millət vəkili Nizami Xudiyev Azərbaycan Pedoqoji Universitetinin müəllim kimi fəaliyyət göstərir, seçkidə namiəzd olmayacaq.

110 saylı Zaqatala seçki daiərsinin sabiq deputatı Hikmət Atayev rəhmətə gedib.

44 saylı Sumqayıt-Abşeron seçki dairəsinin sabiq deputatı Baba Tağıyev “Avropa qapıları” şirkətinə rəhbərlik edir. O, seçkiyə qatılıb-qatılmayacağı barədə suala cavab vermək istəməyib.

51 saylı Qusar seçki dairəsinin eks-deputatı Xəlilbəy Günəşovun Rusiyada biznes fəaliyyətilə məşğul olduğuna dair məlumatlar var.

79 saylı İmişli seçki dairəsinin eks-deputatı İltizam Əkbərlinin seçkiyə qatılıb-qatılmayacağı dəqiq deyil.

63 saylı Sabirabad birinci seçki dairəsinin keçmiş deputatı, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yenə həmin dairədən namiəzdliyini irəli sürüb.

115 saylı Şəki kənd ikinci seçki dairəsinin sabiq təmsilçisi Məjlum Şükürovdan da bir xəbər yoxdur.

104 saylı Gədəbəy - Tovuz seçki dairəsinin keçmiş deputatı Nazim Məmmədov yenə oradan namizədliyini irəli sürüb.

100 saylı Şəmkir - Daşkəsən seçki dairəsinin eks-deputatı Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğundan seçkiyə getməyəcək.

98 saylı Şəmkir şəhər seçki dairəsinin sabiq deputatı Azər Əmiraslanov Prezident Administrasiyasında rəsmi vəzifədə çalışır.

96 saylı Goranboy - Naftalan seçki dairəsinin sabiq deputatı Gültəkin Hacıbəyli Milli Şuranın üzvü kimi seçkiləri boykot edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024