Mobil versiya
Kanskda 3 uşağın qətlinin dəhşətli təfərrüatları məlum olub
Tarix: 16-04-2025 | Saat: 11:12
Bölmə:Özəl | çapa göndər

Kanskda 3 uşağın qətlinin dəhşətli təfərrüatları məlum olub

RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, üç uşağı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən Kanskdan olan ana yeddi aylıq uşağın başını kəsərək şkafa yerləşdirib."Təqsirləndirilən şəxs yeddi aylıq uşağın başını kəsərək şkafa qoyub. Uşaqların meyitləri müxtəlif yerlərdə tapılıb. Xüsusilə, böyük uşaq çöldə, digər iki uşaq isə yay otağındadır", - mənbə qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Krasnoyarsk Mərkəzi Rayon Məhkəməsinin təqsirləndirilən şəxsi iki ay müddətinə istintaq təcridxanasına göndərdiyi bildirilirdi. Orada mütəxəssislər qadına psixiatrik yardım göstərəcəklər. Bu gün baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirini tam etiraf edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025