Ana Sayfa > Özəl > Kanskda 3 uşağın qətlinin dəhşətli təfərrüatları məlum olub
Kanskda 3 uşağın qətlinin dəhşətli təfərrüatları məlum olub16-04-2025, 11:12. Yazar: sevinc1 |
![]() RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, üç uşağı vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən Kanskdan olan ana yeddi aylıq uşağın başını kəsərək şkafa yerləşdirib."Təqsirləndirilən şəxs yeddi aylıq uşağın başını kəsərək şkafa qoyub. Uşaqların meyitləri müxtəlif yerlərdə tapılıb. Xüsusilə, böyük uşaq çöldə, digər iki uşaq isə yay otağındadır", - mənbə qeyd edib. Xatırladaq ki, bundan əvvəl Krasnoyarsk Mərkəzi Rayon Məhkəməsinin təqsirləndirilən şəxsi iki ay müddətinə istintaq təcridxanasına göndərdiyi bildirilirdi. Orada mütəxəssislər qadına psixiatrik yardım göstərəcəklər. Bu gün baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxs təqsirini tam etiraf edib. aia.az Tərcümə şöbəsi Geri dön |