Özləri repetitor yanına gedən müəllimlərimiz
Tarix: 06-02-2017 | Saat: 11:43
Bölmə:Təhsil / Manşet | çapa göndər
Azərbaycanda universiteti bitirən müəllimlərin də işə qəbul olunmaq üçün hazırlıq kurslarına getməsi məsələsi problem olaraq qalmaqdadır.
Paytaxtda artıq neçə illərdir ki, bir neçə kurs bu istiqamətdə müəllim hazırlığı ilə məşğul olur. Müəllimlər hazırlıqdan keçdikdən sonra işə girmək üçün imtahan verirlər. Bu zaman haqlı olaraq bir neçə sual ortaya çıxır. Bəs 4 il ixtisası üzrə universitetdə təhsil almalı olan müəllim bu müddətdə nə işlə məşğul olub? O, öz peşəsini ali məktəbdə kifayət qədər mənimsəyə bilməyibmi?
Sözügedən məsələ ilə bağlı “Qafqazinfo”ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu mövzu onun həmişə problem kimi qəbul etdiyi mövzulardan biridir: “Bir şəxs, işə qəbul olunmaq istəyən iddiaçı ilk növbədə, dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş müəssisədə çalışmaq istəyirsə, deməli, o, ali təhsilli olmalıdır. Ali təhsilli şəxs o deməkdir ki, iddiaçı azı 4 və ya 5 il universitetə ixtisası üzrə dərsə gedib, hər il azı 2 dəfə semestr imtahanı verib və sonda da bu ixtisası tam şəkildə mənimsəməsi ilə bağlı dövlət sənədi - diplom alıb.
Müəllimlərin işə qəbulu zamanı da hansısa xüsusi bir bacarıqların yoxlanılması həyata keçirilmir. İddiaçının ali təhsil aldığı ixtisas təhsili üzrə və əgər müəllimliyə iddia edirsə, onun metodiki bilikləri və məntiqi düşünmə bacarığı yoxlanılır. Ölkədə fəaliyyət göstərən istər dövlət, istərsə də özəl sektorda işə qəbul olunmaq üçün namizədlərə ilk növbədə test imtahanı keçirilir. Bu da qeyri-ixtiyari olaraq repititorluğun daha da kök salmasına, kütləviləşməsinə gətirib çıxarır.
Bizdə müəllimlər yüksək bal toplamaq üçün hazırlaşırlar, yaxşı mütəxəssis olmaq üçün yox”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024
14-11-2024