Tahir Budaqov: Azərbaycanın milli statistika sistemi ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib
Tarix: 24-09-2025 | Saat: 12:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ölkələrin sosial-iqtisadi inkişafı üçün informasiya təminatında xüsusi rola malik olan milli statistika sistemləri təşəkkül tapdığı dövrdən etibarən beynəlxalq səviyyədə müəyyən edilmiş fundamental dəyərləri qoruyub saxlayıb və böyük inkişaf yolu keçərək daim yeni perspektiv hədəflərə doğru irəliləyib.
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov III Beynəlxalq Statistika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili zərurəti qarşıya yeni və daha mürəkkəb vəzifələr qoyur, informasiya texnologiyalarının sürətli inkişafı, alternativ, qeyri-ənənəvi məlumat mənbələrinin yaranması isə statistik proseslərin fasiləsiz modernizasiyasını, güclü potensiala malik kadrların formalaşdırılmasını tələb edir.
“Milli və qlobal çağırışlara layiqincə cavab verməyi özünün əsas hədəfi hesab etməklə qlobal statistika ailəsinin bir üzvü kimi Azərbaycanın milli statistika sistemi də yuxarıda qeyd olunanları rəhbər tutaraq son illər ərzində daim tərəqqiyə can atıb, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf etdirilib. Azərbaycanda milli statistika sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan verib, statistikanın inkişafına dair ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilib. Bu proqramlar çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib, o cümlədən milli statistik təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların üzərinə düşən statistik yükün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərəliliyinin yüksəldilməsi, keyfiyyəti idarəetmə sisteminin tətbiqi, metaməlumatların işlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görülüb. Bunun nəticəsidir ki, ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmədə xarici ekspertlər Azərbaycanın milli statistika sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirərək onun beynəlxalq standartlara uyğun olduğunu qeyd edib, Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində nüfuzlu beynəlxalq audit şirkətləri tərəfindən İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb", - deyə T.Budaqov qeyd edib.
Komitə sədri onu da əlavə edib ki, Dövlət Statistika Komitəsi Azərbaycanda bu uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu sertifikatı əldə edən ilk statistika qurumudur. Onun sözlərinə layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılmış 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti Dövlət Proqramında isə Azərbaycanın milli statistika sisteminin qarşısında duran yeni hədəflər də artıq müəyyən edilib: “Beynəlxalq təcrübədən bəhrələnməklə milli statistika potensialının gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsi əsas prioritetlərimizdən biridir və bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. Bu kontekstdə Koreya Statistika Komitəsi ilə əməkdaşlığı xüsusi vurğulamaq istərdim. Belə ki, həmin qurumla 2018-2022-ci illərdə 5 birgə layihə icra olunub, bu layihələr çərçivəsində yaradılmış “Azərbaycanın Statistik İnformasiya Xidməti – ASİS” statistik məlumatların yayım sistemi, “İnzibati məlumatların idarə olunması sistemi - ADİS” və elektron təlim (E-learning) portalları istifadəyə verilib. Hesab edirəm ki, milli statistika sistemlərinin inkişafı, yeni hədəflərin müəyyən edilməsi baxımından 2023-cü ildən etibarən MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən təşkil olunan və artıq ənənə halını almış Beynəlxalq Statistika Forumları xüsusi əhəmiyyət daşıyır. Qlobal statistik təşəbbüslərə inteqrasiyaya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə töhfə verən bu forumların təşkilində əsas məqsəd müxtəlif ölkələrin statistika qurumlarını, beynəlxalq təşkilatları, elmi dairələrin nümayəndələrini bir araya gətirmək, statistika sahəsində qabaqcıl bilik və təcrübələri bölüşmək, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaratmaqdır”.
Tahir Budaqov 3 gün davam edəcək “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusuna həsr olunan 3-cü Beynəlxalq Statistika Forumunda əsas diqqətin Milli Hesablar Sistemi-2025, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında Beynəlxalq Müqayisələr Proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlərə yönəldiləcəyini vurğulayıb.
“Tədbirə 16 ölkə və 10 beynəlxalq təşkilatın, o cümlədən Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Rusiya, Serbiya və Tacikistanın nümayəndə heyətlərinə milli statistika qurumlarının rəhbərlərinin, Türkiyə və Vyetnamın nümayəndə heyətlərinə milli statistika qurumlarının rəhbərlərinin müavinlərinin başçılıq etməsi, Braziliya, Çin, Meksika və Niderlanddan yüksəkvəzifəli şəxslərin qatılması, eyni zamanda, MDB İcraiyyə Komitəsi sədrinin müavininin, MDB Dövlətlərarası Statistika Komitəsinin sədrinin, BMT-nin Avropa İqtisadi Komissiyasının və Dünya Bankının yüksəkvəzifəli şəxslərinin, habelə tanınmış elmi ictimaiyyət nümayəndələri və ekspertlərinin iştirak etməsi onun əhəmiyyətini daha da artırır. İnanıram ki, 3-cü Beynəlxalq Statistika Forumu rəsmi statistikanın inkişafı ilə bağlı yeni ideyaların, innovasiyaların, yanaşmaların bölüşülməsi baxımından bizə yeni fürsətlər yaradacaq, qarşılıqlı faydalı müzakirələrin aparılması ilə yadda qalacaq”, - deyə komitə sədri əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-09-2025
11:18 Baş nazir QƏRAR İMZALADI