Mobil versiya
Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb
Tarix: 24-09-2025 | Saat: 14:16
Bölmə:Ölkə | çapa göndər

Kəlbəcər, Laçın, Ağdərə və Xocalını əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb

Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb.

aia.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O qeyd edib ki, məsələ ilə bağlı işlər Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb:

"Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir. Artıq Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə xəritə-sxem üzərində bəzi məqamlar razılaşdırılıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2025