“Xəstəliyimin acığına...” - Zümrüd hər kəsi kövrəltdi
Tarix: 06-02-2017 | Saat: 11:41
Bölmə:Dünya / Manşet | çapa göndər

“Bu videonu xərçəng xəstəliyindən əziyyət çəkən bütün insanlara motivasiya olsun deyə paylaşıram. Artıq 6 il keçib. Bu görüntüdə 6 dəfə kimyəvi terapiya qəbul etmişdim”.
Bu sözləri aktrisa-aparıcı Zümrüd Qasımova sosial şəbəkədə yazıb.
O, xəstəliyə yoluxan zaman çəkilən videonu paylaşıb, xərçənglə bu cür mübarizə apardığını qeyd edib:
“Arıqlayıb 47 kiloqram olmuşdum. Saçlarım və qaşlarım tamamilə tökülmüşdü. Buna baxmayaraq, yeni paltar tikdirmişdim ki, zövqlü görünüm.
Başıma da bandana bağlamışdım ki, saçlarımın yoxluğu bilinməsin. Əylənirdim, oynayırdım, rəqs edirdim. Xəstəliyimin acığına... Yaşadım! Bu xəstəlikdən əziyyət çəkən hər kəsə şəfa diləyirəm. Həyat gözəldir”. (Qafqazinfo.az)
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-04-2025